Bank Of Baku

“Bakı” 2 futbolçu ilə müqavilə bağlayır

“Bakı” 2 futbolçu ilə müqavilə bağlayır
# 08 may 2013 11:44 (UTC +04:00)

Bakı – APA. Cari mövsümü uğursuz çıxış edən “Bakı” klubu heyətini gücləndirməyə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi qarşıdakı mövsüm üçün ilk 2 transferini reallaşdırmaq üzrədir. 


“Zolaqlılar” “Qarabağ”ın şərəfini qoruyan Əfran İsmayılov və “Qəbələ”nin kapitanı Rəşad Abdullayevlə danışıqlar aparıblar. Əldə etdiyimiz xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub və hər 2 yarımmüdafiəçinin 2013/14 mövsümündə “Bakı”da oynayacağı istisna deyil. 

Hələ qışda heyətinə milli oyunçular qatmağa başlayan “Bakı” Kamran Ağayev, Cavid Hüseynov və Rauf Əliyevi transfer etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR