Bakı – APA. “Bakı” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Risto Ristoviçi transfer edib.
24 yaşlı mərkəz yarımmüdafiəçisi hələ Antalyada olarkən “Bakı”nın düşərgəsində baxışda idi. O, komandanın “Berqiş Qladbax” və “Osiyek”lə yoxlama oyunlarında meydana çıxmışdı.
Qeyd edək ki, Ristoviç ilk dəfə legioner həyatı yaşayacaq. Belə ki, o, “Novi Pazar”dan əvvəl ölkəsində “Maçva”, OFK, “Vuyiç Voda” (icarə) və “Banat” klublarının şərəfini qoruyub.