Bank Of Baku

“Bakı”nın vitse-prezidenti: “Kamran Ağayevlə Rauf Əliyevin transferində anlaşılmazlıq yaranıb”

“Bakı”nın vitse-prezidenti: “Kamran Ağayevlə Rauf Əliyevin transferində anlaşılmazlıq yaranıb”
# 16 yanvar 2013 11:23 (UTC +04:00)

Bakı – APA. “Klub prezidenti Hafiz Məmmədov Kamran Ağayevlə Rauf Əliyevin komandamıza keçidinə razılıq verib. Biz millimizin hər 2 üzvünü transfer etməkdə maraqlıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

 

“Zolaqlılar” müqavilə ilə müvafiq olaraq, “Xəzər Lənkəran” və “Qarabağ”a məxsus qapıçı Kamran Ağayevlə hücumçu Rauf Əliyevin keçidini həll etməyə çalışır. Son günlərdə ölkə xaricində olan “Bakı”nın prezidenti Hafiz Məmmədov Vətənə qayıtdıqdan sonra müzakirə olunan məsələ müsbət həllini tapıb.

 

Vitse-prezidentin sözlərinə görə, futbolçular öz klubları ilə məsələlərini yoluna qoymalıdırlar: “Raufla Kamranın öz klubları ilə müqavilələri var. Hər ikisi ilə ilkin anlaşma əldə etmişik və rəsmi müqavilə bağlamağa hazırıq. Sadəcə, bəzi anlaşılmazlıqlar var ki, futbolçu bunu öz rəhbərliyi ilə həll etməlidir. Bunun üçün hər ikisini Türkiyəyə göndərmişik. Komandamız da hazırda Antalyada təlim-məşq toplanışındadır. Rauf düşərgəmizdə olduğu müddətdə “Qarabağ” rəhbərliyi ilə görüşmək imkanı qazanacaq. Ağayevlə bağlı isə “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla söhbətim olub. Qapıçı klubu ilə maddi məsələni həll etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR