Bank Of Baku

“Barselona” FİFA ilə əməkdaşlığı dayandırdığını açıqlayıb

“Barselona” FİFA ilə əməkdaşlığı dayandırdığını açıqlayıb
# 08 yanvar 2015 14:31 (UTC +04:00)

Bakı – APA. “Barselona” FİFA ilə əməkdaşlıqdan imtina edib.

 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Kataloniya klubunun prezidenti Xosep Bartomeu verib.

 

“Barselona”nı bu addımı atmağa vadar edən səbəb kluba qoyulan transfer qadağasıdır. Belə ki, “Barsa” 2016-cı ilin yanvar ayına qədər yeni transfer etmək hüququndan məhrum edilib. “Bu sanksiya müddətində biz FİFA-nın hər hansı bir addımını dəstəkləyə bilmərik”, - deyə Bartomeu bildirib.

 

Qeyd edək ki, Xosep Bartomeu yanvarın 12-də İsveçrənin Sürix şəhərində təşkil ediləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində də iştirak etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR