Bank Of Baku

“Bavariya” Çempionlar Liqasının qalibi olub

“Bavariya” Çempionlar Liqasının qalibi olub
# 25 may 2013 22:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasının (ÇL) final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Almaniya klubları - “Bavariya” və “Borussiya” Avropanın ən nüfuzlu klub turnirindən kimin güclü olduğunu müəyyənləşdirib. 90 minlik “Uembli” stadionunda baş tutan qarşılaşma “Bavariya” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qarşılaşmada ilk qol ikinci hissənin ortalarında vurulub. "Bavariya" 59-cu dəqiqədə Mario Mandjukiçin zərbəsində sonra hesabda önə çıxıb. Amma 10 dəqiqə sonra sevinmək növbəsi dortmundlulara çatıb. İlkay Gündoğan 68-ci dəqəqədə italiyalı hakimin təyin etdiyi penalti zərbəsindən sonra tarazlığı bərpa edib.

 

Lakin son anlarda "Bavariya" yenidən hesabda önə çıxıb. 89-cu dəqiqədə ilk qolun ötürməsini verən Aryen Robben bu dəfə özü fərqlənib. Hollandiyalı legioner həm də finalın ən yaxşı futbolçusu seçilib.

 

Münhenlilər turnirdə 5-ci qələbəsini qazanıb. Bundan əvvəl onlar 2001-ci ildə Çempionlar Liqasının çempionu olub. Qeyd edək ki, ÇL-də 1 dəfə - 1998-ci ildə üzləşən rəqiblərin 1/4 finaldakı dueli “Borussiya”nın qələbəsi ilə nəticələnib – 1:0.   

 

Çempionlar Liqası, final

25 may

 

“Bavariya” (Münhen, Almaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1

QOLLAR: Mandjukiç, 59; Robben, 89 - Gündoğan, 68

 

Baş hakim: Nikola Rizzoli (İtaliya)

London. “Uembli” stadionu

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR