Bakı – APA. Bakıda keçiriləcək ənənəvi “Caspian Cup” beynəlxalq turnirinin iştirakçılarının tam siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkiyə, İordaniya və Tacikistan mililəri də yarışda çıxışını dəqiqləşdirib.
Bu komandalar 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında baş tutacaq sayca III yarışa qatılacağı əvvəlcədən bilinən digər 5 komandaya qatılıb. Həmin iştirakçılar isə ABŞ, Uruqvay, Qırğızıstan, Yaponiya və meydan sahibi olacaq millimizdir.
Artıq ötən həftə atılan püşkün nəticələri də məlumdur. Mayın 28-də start götürüb iyunun 6-da yekun vurulacaq yarışda iştirak edəcək 12 komanda 4 qrupda mübarizə aparacaq. 3 komandalı qrupların hərəsində ilk 2 yeri tutanlar 1/4 finala yüksələcək.
A qrupu: Azərbaycan, ABŞ, Qırğızıstan
B qrupu: Qazaxıstan, Bolqarıstan, Gürcüstan
C qrupu: Türkiyə, Özbəkistan, İordaniya
D qrupu: Uruqvay, Yaponiya, Tacikistan.