Bank Of Baku

“Çelsi”, “Fənərbaxça”, “Benfika” və “Bazel” Avroliqanın yarımfinalına yüksəlib

“Çelsi”, “Fənərbaxça”, “Benfika” və “Bazel” Avroliqanın yarımfinalına yüksəlib
# 12 aprel 2013 00:25 (UTC +04:00)

Bakı-APA. Avroliqada 1/4 final mərhələsinin cavab oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bütün yarımfinalçılar bəlli olub.

 

Həmyerlimiz Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Çempionlar Liqasının son qalibi “Çelsi”ni mübarizədən kənarlaşdırmaq üçün evdə ən azı 2 top fərqli ilə qalib gəlmək məcburiyyətində idi. “Lujniki” stadionunda baş tutan matçda “Rubin” londonluları məğlub etməyi bacarıb - 3:2. Lakin bu hesab, “Rubin”ə yetərli olmayıb.

 

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbaxça” “Latsio” ilə heç-heçəyə razılaşıb və adını ilk dəfə yarımfinala yazdırıb.

 

“Nyukasl” “Benfika”nın müqavimətini qıra bilməyib və Portuqaliya təmsilçisi yarımfinala keçib.

 

“Tottenhem”in  “Bazel”lə  İsveçrədə keçirilən matçı heç-heçə ilə başa çatıb. Qalib oyuna əlavə edilən dəqiqələrdə müəyyənləşmədiyindən penaltilər təyin olunub. Burada da “Bazel” daha güclü olub.

 

Beləliklə, “Çelsi”, “Fənərbaxça”, “Benfika” və “Bazel” yarımfinalda mübarizəni davam etdirəcəklər.

 

11 aprel

“Rubin” (Rusiya) – “Çelsi” (İngiltərə) - 3:2

QOLLAR: Markano, 51, Qaradəniz, 62, Natxo, 75-pen - Torres, 4, Moses, 55

İlk oyun – 1:3

 

“Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) -1:1

QOLLAR: Sisse, 71 - Salvio, 90+1

İlk oyun – 1:3

 

“Bazel” (İsveçrə) – “Tottenhem” (İngiltərə) - 2:2 (pen-4:1)

QOLLAR: Salah, 27, Draqoviç, 49 - Dempsey, 23; 82

İlk oyun – 2:2

 

“Latsio” (İtaliya) – “Fənərbaxça” (Türkiyə) - 1:1

QOLLAR: Luliç, 60 - Caner, 73

İlk oyun – 0:2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR