Bank Of Baku

“Dənizlispor”da oynayan azərbaycanlı futbolçu zədələnib

“Dənizlispor”da oynayan azərbaycanlı futbolçu zədələnib
# 10 aprel 2013 09:39 (UTC +04:00)

Bakı – APA. “Adanaspor”la oyunda zədələndim. Artıq rentgen müayinəsindən keçmişəm”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor” klubunun müdafiəçisi Rail Məlikov deyib.

 

“Dənizlispor” PTT I liqasında bazar ertəsi baş tutan oyunda  “Adanaspor”a səfərdə 1:2 hesabı ilə uduzaraq, pley-off şanslarını minimuma endirdi. Arif İsayevin əlavə dəqiqələrdə fərqlənməsi də heç nəyi dəyişmədi. Bu qarşılaşmada 90 dəqiqə oynayan Rail Məlikov isə məcburiyyətdən “Neftçi”dəki kimi müdafiənin sağ cinahında yer aldı.

 

Həmin qarşılaşmadan sonra Rail ayağında ağrılar hiss edib. Onun sözlərinə görə, həkimlər ayağını növbəti tura kimi sağaltmağa çalışır: “Bazar günü “Karşıyaka” ilə qarşılaşacağıq. Müayinənin nəticəsinə görə, sağ ayağımda əzilmə var. Bu üzdən zədəm nə ağır, nə də yüngüldür. “Karşıyaka” ilə evdə oynayacağıq. Klub həkimləri həmin görüşədək zədəmi sağaltmağa çalışırlar. Hələlik növbəti turda oynayıb-oynamayacağım  dəqiq bilinmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR