Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi “Fənərbaxça”nın bəxtinə “Benfika” klubu çıxıb.
Püşkə əsasən, türkiyəlilər Lissabon komandası ilə ilk qarşılaşmada meydan sahibi olacaq. Avroliqanın qalibi olmağa iddialı “Çelsi”nin isə münasib rəqib sayılan “Bazel”i keçmək şansı böyükdür.
“Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya)
“Bazel” (İsveçrə) – “Çelsi” (İngiltərə)
Qeyd edək ki, yarımfinal oyunları aprelin 25-də və mayın 2-də, final matçı isə mayın 15-də Hollandiyadakı “Amsterdam Arena”da keçiriləcək.