Bank Of Baku

“İnter” 2 futbolçu ilə müqavilə bağlayıb

“İnter” 2 futbolçu ilə müqavilə bağlayıb
# 23 may 2013 14:44 (UTC +04:00)

Bakı – APA. Ölkəmizi bu yay Avroliqada təmsil edəcək “İnter” daha 2 futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” müqavilə müddətləri başa çatmış qapıçı Elşən Poladov və sağ cinah müdafiəçisi Arif Daşdəmirovla yeni 1 illik anlaşma bağlayıb.


Elşən “İnter”ə ötən yay “Kəpəz”dən keçib. Millinin sabiq dağıstanlı futbolçusu olan Daşdəmirov isə 2010-cu ilin yayından Bakı klubunda çıxış edir. O, “Standard”dan gəlmişdi.

Qeyd edək ki, buna qədər “İnter” Ruslan Əmircanov, Georgi Lomaya və Baçana Sxadadze ilə yeni müqavilə bağlamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR