Bank Of Baku

“Kayzerslautern”in futbolçusu: “Azərbaycan yığmasında çıxış etməkdən böyük arzu ola bilməz”

“Kayzerslautern”in futbolçusu: “Azərbaycan yığmasında çıxış etməkdən böyük arzu ola bilməz”
# 06 dekabr 2012 11:40 (UTC +04:00)

 

Bakı – APA. “Mənə Azərbaycan yığmasından təklif gələndə, buna inana bilmədim. Əlbəttə ki, buna çox sevindim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kayzerslautern”in II komandasında çıxış edən Rüfət Dadaşov deyib.


Dekabrın 3-dən 5-dək Bakıda millinin seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etmiş futbolçu “Kayzerslautern”in rəsmi saytına açıqlamasında Berti Foqtsla görüşməsindən danışıb: “Berti Foqts çox məşhur məşqçidir. Belə bir insanın rəhbərliyi altında məşq etmək nəyə desən dəyər”.

Daha sonra 21 yaşlı hücumçu millidə oynamaq istədiyini bildirib: “Mənim üçün öz ölkəni təmsil edən Azərbaycan yığmasında çıxış etməkdən böyük arzu ola bilməz”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR