Bank Of Baku

“Neftçi” 2200 manat cərimələnib

“Neftçi” 2200 manat cərimələnib
# 02 aprel 2013 10:00 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.


 Premyer Liqanın XXIV turunun “Xəzər Lənkəran” – AZAL matçının 72-ci dəqiqəsində qonaqların braziliyalı futbolçusu Aylton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.

“İnter” – “Neftçi” ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Ancaq bu oyunda cəzalar bununla bitməyib və cəzadan pay qonaqlara da düşüb.

Oyunun 28-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2000 manat cəza tətbiq olunub. Matçın 74-cü dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti turu buraxacaq, klubu isə AFFA-nın xəzinəsinə 200 manat cərimə ödəməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR