Bank Of Baku

“Neftçi” Çexiya yığmasının futbolçusunu transfer edə bilər

“Neftçi” Çexiya yığmasının futbolçusunu transfer edə bilər
# 07 yanvar 2013 09:57 (UTC +04:00)

Bakı – APA. “Neftçi” klubunun transfer siyahısında yer alan futbolçulardan birinin adı məlum olub. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi Çexiya millisinin müdafiəçisi Martin Latka ilə danışıqlar aparır.

 

Hazırda vətəni “Slaviya”da forma geyinən 28 yaşlı futbolçuya “Neftçi” ilə yanaşı, daha 3 klub maraq göstərir. Bunlar “Levski” (Bolqarıstan), “Auqsburq” (Almaniyan) və Xorvatiyanın “Dinamo” komandasıdır. Ucaboy futbolçu 2005-ci ildə Çexiyanın ən perspektivli oyunçusu seçilib.

 

Qeyd edək ki, 193 sm boya malik mərkəz müdafiəçisi “Slaviya” ilə yanaşı, Çexiyanın “Çeşke Budeyevitse”, Yunanıstanın “Panionios”, İngiltərənin “Birmingem” klublarının şərəfini qoruyub.

 

Çexiyanın gənclər yığmasında 25 oyuna 1 qol vuran Latka ötən il əsas yığmada da debüt edib və həmin matç hələlik yeganədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR