Bank Of Baku

“Neftçi”nin Avropa Liqasındakı rəqibi meydana çıxmaq istəmir

“Neftçi”nin Avropa Liqasındakı rəqibi meydana çıxmaq istəmir
# 06 dekabr 2012 10:06 (UTC +04:00)

 

 

Bakı – APA. Avropa Liqasının qrup mərhələsində “Neftçi” klubunun rəqiblərindən olan “Partizan” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, H qrupunun sonuncusu olmamaq üçün Azərbaycan çempionu ilə mübarizə aparan Belqrad təmsilçisinin futbolçuları son turun matçına çıxmaq istəmirlər.

Serbiyalılar bu gün “Rubin”lə ev oyununu maaşlarını ala bilmədikləri üçün boykot etməyə qərar veriblər. Rəhbərliklə oyunçular arasında fövqəladə görüş də keçirilib. Rusiyalılar üzərində qələbə üçün futbolçulara mükafat  və borcların ilin sonuna kimi ödənəcəyi vəd olunub. Lakin oyunçular bu vədlə bağlı təminat tələb edir. Bu təminatın olmayacağı halda, onlar meydana çıxmayacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR