Bank Of Baku

“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək

“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək
# 11 dekabr 2014 21:23 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.

 

O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdı: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl mətbuat konfransı keçirəcək”.

 

Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR