Bakı – APA. “Qarabağ” daha iki futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, müdafiəçi Maksim Medvedev və yarımmüdafiəçi Vüqar Nadirov da karyerasını Ağdam klubunda davam etdirəcək.
Hazırda “Qarabağ”da müqavilə müddəti mövsümün sonuna qədər olan cəmi iki futbolçu var ki, onlar da Maksimlə Vüqardı. Lakin mövsüm başa çatmamış hər iki oyunçu ilə yeni sazişin bağlanması gözlənilir. Rəhbərlik milli üzvləri ilə artıq görüşüb və razılıqlarını alıb. Çox güman ki, Nadirov 2, Medvedev isə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 28 yaşlı Vüqar Nadirov 2009-cu ildən, 26 yaşlı Maksim Medvedev isə 2006-cı ildən “Qarabağ”ın formasını geyinir. Hər iki oyunçu elə Ağdam klubunun yetirməsidi.