Bank Of Baku

“Qarabağ” futbol klubu 21 il sonra Azərbaycan çempionu olub

“Qarabağ” futbol klubu 21 il sonra Azərbaycan çempionu olub
# 07 may 2014 18:12 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ən yaxın izləyicisi “İnter”ı məğlub edən “Qarabağ” mövsümün sonuna 2 tur qalmış 1-ci yeri təmin edib.

 

Xallarını 72-yə çatdırmaqla rəqibindən 9 xal uzaqlaşan Ağdam təmsilçisi tarixində 2-ci dəfə qızıl medallara sahib oldu. İlk dəfə 1993-cü ildə bunu bacaran “Qarabağ” 21 ildən sonra ölkənin ən gücıüsü oldu.

 

Bununla da ağdamlılar “Şəmkir”, “İnter” və “Bakı”ya çatdı. İndi bu 4 komandanın hərəsinin 2 çempionluğu var. Düzdür, 1996/97 mövsümündə də AFFA-nın əsasnaməsinə əsasən qızıl medallar “Qarabağ”a verilib. Lakin həmin çempionluğu nə UEFA, nə PFL, nə İFFHS, nə də Ağdam klubunun özü hesaba alır. Ümumilikdə isə 22 çempionatdan başa çatan 21-də 8 klub qalib adını əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR