Bank Of Baku

“Qarabağ” klubunun avrokuboklarda oynayacağı rəsmiləşib

“Qarabağ” klubunun avrokuboklarda oynayacağı rəsmiləşib
# 21 aprel 2014 09:46 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Azərbaycan çempionatının XXXI turu mükafatlar uğrunda mübarizədə bəzi məqamlara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, “Bakı”nın öz meydanında “İnter”ə uduzmasından qazanan “Qarabağ” olub. Ağdam təmsilçisi sona 5 tur qalmış mükafatçılar sırasında yerini, və bununla avrokuboklara vəsiqəni rəsmiləşdirib. Artıq Qurban Qurbanovun yetirmələri 4-cü olan paytaxtın eyniadlı təmsilçisi üçün əlçatmazdır. Çünki sona 5 tur qalmış xal fərqi 18-ə bərabərdir.

 

Hesabat turunadək bürünc, hətta gümüş medala inandırıcı olmasa belə, kağız üzərində şansı qalan “Xəzər Lənkəran”ın “üçlük” sevdası başa çatıb. Buna AZAL-la ev oyunundakı xal itkisi səbəb olub – 1:1. Artıq 3-cü yerdəki “Neftçi”dən 15 xal geridə olan cənublular prinsipial rəqibinə çatsa da, şəxsi oyunların nəticəsinə görə bürünc medalı görməyəcək. XXXI turun rəsmiləşdirdiyi daha bir məqam isə nisbətən az əhəmiyyət kəsb edir.

 

Belə ki, AZAL-ın 6-cı pilləyə yüksəlməyəcəyi, “Simurq”un isə 7-cidən aşağı düşməyəcəyi dəqiqləşib. Çünki zaqatalalılar AZAL üçün əlçatmazdır. Düzdür, onlar arasında 15 xal fərqi var. Lakin şəxsi oyunların nəticələri əyalət klubunun xeyrinədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR