Bank Of Baku

“Qarabağ” Polşa klubunu məğlub edib

“Qarabağ” Polşa klubunu məğlub edib
# 27 yanvar 2015 15:03 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Legiya” klubu ilə görüşüb.

 

Hazırlıq çərçivəsində 4-cü matçını keçirən Azərbaycan çempionunun qonşu ölkədə ilk qələbəsini qazanıb.

 

Belə ki, ilk yarıda Polşa çempionunun müqavimətini qıra bilməyən “Qarabağ” fasilədən sonra Reynaldo və Cavid Tağıyevin qolları ilə rəqibini məğlub edib – 2:0. Braziliyalı 67-ci dəqiqədə hesabı açıb. Tağıyev isə 78-ci dəqiqədə meydana daxil olduqdan cəmi 4 dəqiqə sonra fərqlənib.

 

Bu qarşılaşmayadək Qurban Qurbanovun yetirmələri 3 oyun keçirsə də, qalib gələ bilməmişdi. Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan təmsilçisi “Levski”yə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” İsveçrə “Sürix”i ilə “sülh" bağlayıb” - 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR