Bakı – APA. Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqiblərindən olan İtaliyanın “İnter” klubu yeni transfer etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “neradzurra”nın yeni baş məşqçisi Roberto Mançini “Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persini “gözaltı edib”.
Təcrübəli mütəxəssis rəhbərliklə söhbətində “İnter”in van Persi kimi dünya səviyyəli hücumçuya ehtiyacının olduğunu bildirib. Hələlik “Mançester Yunayted” bu təklifə münasibət bildirməyib. Bununla belə, “mankunianlar”ın van Persini satacaqları istisna olunmur.
Qeyd edək ki, “İnter” Avroliqanın qrup mərhələsində dekabrın 11-də “Qarabağ”ın qonağı olacaq.