Bank Of Baku

“Qəbələ” braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb

“Qəbələ” braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb
# 26 yanvar 2015 14:39 (UTC +04:00)

Bakı – APA. “Qəbələ” yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2014-2015 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun əyalət komandasının heyətindəki yarımillik karyerası başa çatıb.

 

2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında “Qəbələ”nin heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) komandada debüt edən Markinyoş 12 çempionat matçında 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib.

 

O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun “Qəbələ”də son matçı olub.

 

Qeyd edək ki, “Qəbələ” bir neçə gün öncə Yazalde Pinto ilə də yollarını ayırmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR