Bank Of Baku

“Qəbələ” klubunun legioneri Azərbaycan yığmasında oynamaq istəyir

“Qəbələ” klubunun legioneri Azərbaycan yığmasında oynamaq istəyir
# 06 may 2014 11:41 (UTC +04:00)

Bakı – APA. “Hazırda klubla danışıqlar aparıram. Ümid edirəm ki, Azərbaycandakı çıxışımı davam etdirəcəyəm”. Bunu apasport.az saytına “Qəbələ” klubunun braziliyalı yarımmüdafiəçisi Luiz Paulo Hilario deyib.

 

Dodo ləqəbi ilə tanınan 26 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsi mayın sonlarında başa çatacaq. Zaqreb “Dinamo”sundan ölkəmizə gəlmiş braziliyalı yeni müqavilə bağlamağın tərəfdarıdır: “Artıq 3 ildir Azərbaycandayam. Ölkənizi həqiqətən də çox sevirəm. Ona görə də bu millinizin formasını geyinməyə hazıram”.

 

Dodo başqa klublardan təklif aldığını da bildirib: “Hazırda məni istəyən klublar var. Ancaq onların adlarını çəkmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu klublar Braziliya, Xorvatiya, İspaniya və Rusiyanı təmsil edir. Ancaq ilk növbədə seçimim “Qəbələ” üzərindədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR