Bank Of Baku

“Qəbələ” Türkiyənin Superliqa klubları ilə görüşəcək

“Qəbələ” Türkiyənin Superliqa klubları ilə görüşəcək
# 10 iyun 2013 13:02 (UTC +04:00)

Bakı – APA. “Qəbələ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Superliqa təmsilçiləri ilə yoxlama oyunu keçirə bilər. Bu barədə apasport.az saytına komandanın baş meneceri Zaur Əzizov məlumat verib. O bildirib ki, təmsil olunduğu komanda Türkiyə kubokunun son finalçısı olan “Trabzonspor”la sınaq matçının keçirilməsi planlaşdırılıb.

 

“Ölkə xaricində ilk toplanışı iyunun 1-dən 14-dək Türkiyənin Sparta bölgəsində keçirəcəyik. “Trabzonspor”la yoxlama oyunu keçirmək istəyimiz yox idi. Sadəcə, bu komandanın da mövsümə hazırlıq məqsədilə Spartada olmağından istifadə edərək, yoxlama oyunu keçirməyi planlaşdırırıq. Orda 4 matç keçirəcəyik. “Trabzonspor”la oyun 2-ci və ya 3-cü olacaq. Ola bilsin digər Superliqa təmsilçisi “Antalyaspor”la da qüvvəmizi sınadıq” – deyə, Əzizov bildirib.

 

Qeyd edək ki, “Antalyaspor” son çempionatı 7-ci, “Trabzonspor” 9-cu yerdə bitirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR