Bank Of Baku

“Qəbələ” UEFA Kubokunun qalibini transfer edib

“Qəbələ” UEFA Kubokunun qalibini transfer edib
# 16 yanvar 2015 14:13 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, şimal təmsilçisi bu gün daha bir keçid həyata keçirib.

 

Bir müddətdi klubun düşərgəsində olan ukraynalı hücumçu Ruslan Fominlə münasibətlər artıq rəsmiləşdirilib. 28 yaşlı futbolçu yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Fomin “Qəbələ”nin heyətində artıq debüt edib. Belə ki, ukraynalı futbolçu yanvarın 14-də Türkiyə təmsilçisi “Eskişehirspor”la yoxlama görüşündə start heyətində yer alıb.

 

Son klubu “Çernomorets” olan Fomin Ukraynanın U-19 və U-21 yığmalarının formasını geyinib, həmçinin karyerası ərzində 6 il (2005-2011) Donetsk “Şaxtyor”unun formasını geyinib. Fomin karyerası ərzində 2 dəfə Ukrayna çempionu (2005-06, 2009-10), həmçinin UEFA Kubokunun (2008-09) qalibi olub.

 

Qeyd edək ki, Fomin “Qəbələ”nin bu qış “Çernomorets”dən transfer etdiyi 3-cü futbolçu olub. Ondan öncə qapıçı Dmitri Bezotosnı ilə 6 aylıq, yarımmüdafiəçi Aleksey Qayla isə 1,5 illik müqavilə imzalanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR