Bakı-APA. Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə iki qarşılaşma baş tutub.
Gecənin ən maralı görüşü Mançesterdə reallaşıb. Burada dünyanın ən güclü komandalarından olan “Mançester Yunayted”lə “Real” münasibətlərinə aydınlıq gətirib.
İlk oyun gündə Madriddə 1:1 hesablı bərabərə qalan ingilislər “Old Trafford”da meydana qələbə əzmi ilə çıxmışdır. Lakin baş məşqçi Joze Mourinyonun komandası “qırmızı şeytanlar” üzərində inamlı qələbə qazanaraq 1/4 finala adını yazdırıb.
“Real”dan fərqli olaraq Dortmund “Borussiya”sı növbəti mərhələyə darmadağınlı hesabla keçib. İlk matç günündə “Şaxtyor”la Donetskidə 2:2 hesablı heç-heçə ilə ayrılan almanlar bu dəfə rəqibi üzərində çətinlik çəkməyib - 3:0.
5 mart
“Mançester Yunayted” (İngiltərə) – “Real” (İspaniya) - 1:2
Qollar: Ramos, 48-avtoqol - Modriç, 66, Ronaldo, 69
İlk oyun – 1:1
“Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna) - 3:0
Qollar: Santana, 31, Qötse, 37, Blaşikovski, 59
İlk oyun – 2:2