Bakı – APA. “İlk “altılığ”a düşmək şanslarımızı faktiki olaraq itirmişik. Yalnız kubokda mərhələ adlamaq imkanımız var. Bu üzdən baş məşqçi Ramil Əliyevə azı mövsümün sonuna kimi etimad bəsləyəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Ancaq komandaya yeni əcnəbi məşqçi də gələ bilər. İndiyə kimi fiziki hazırlıq üzrə çalışdırıcının xidmətlərindən yararlanmayan “Rəvan”da bundan sonra futbolçuların bu baxımdan ayrıca məşqçisi olacaq: “Biz komandaya əcnəbi məşqçi gətirməyi düşünmüşük. Fikirləşirik ki, fiziki hazırlıq üzrə məşqçini ölkə xaricindən gətirmək daha münasibdir. Hələ ki, konkret kiminləsə anlaşmamışıq. Ancaq belə bir planımız var”.