Bank Of Baku

“Şaxtyor” Qəbələyə gələcək

“Şaxtyor” Qəbələyə gələcək
# 13 fevral 2013 13:06 (UTC +04:00)

 

Bakı – APA. Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının tam siyahısı artıq müəyyənləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, turnirdə yer almaq üçün dəvət alan daha iki klub - Ukrayna təmsilçisi “Şaxtyor” və ölkəmizi yarışda təmsil edəcək digər komanda “Bakı” rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib.


Xatırladaq ki, daha əvvəl 3 komanda – “Barselona”, “Beşiktaş” və “Zenit” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 2 iyun tarixlərində baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 

Qeyd edək ki, ilk turnir 30 may – 4 iyun 2012-ci il tarixlərində “Vilyareal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenord” (Hollandiya), “Bröndbü” (Danimarka) və Serbiya U-15-nin iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda ölkəmiz “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR