Bakı – APA. Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri İranın “Sepahan” klubu ilə görüşəcək.
Bu qarşılaşma yanvarın 21-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda Qazaxıstan təmsilçisi “Akjayık”a 1:0 hesabı ilə qalib gələn sumqayıtlılar iki Rumıniya klubu ilə də görüşəcək. “Gənclik şəhəri” təmsilçisi yanvarın 20-də “Voluntari”, 22-də isə “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.