“Sumqayıt”ın və 19 yaşadək futbolçulardan ibarət millimizin (U-19) hücumçusu Orxan Əliyevə növbəti təklif gəlib. Apasport.az saytının məlumatına görə, “Porto”dan sonra indi də “Trabzonspor” 17 yaşlı futbolçumuzu baxışa dəvət edib.
Belə ki, dünən “Sumqayıt” klubuna “bordo-mavili” komandanın rəsmisi Özkan Sümər tərəfindən faks daxil olub. Orxan Əliyev yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.
Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt”ın heyətində Topaz Premyer Liqasında 12 qarşılaşmada (836 dəqiqə) meydana çıxıb və 2 qol vurub. Hazırda Orxan U-19-la birgə Sankt-Peterburqda təşkil olunan Valentin Qranatkinin xatirə turnirində iştirak edir.