Bank Of Baku

Tanınmış rusiyalı futbolçu Bakıya gəlmək istəyir

Tanınmış rusiyalı futbolçu Bakıya gəlmək istəyir
# 10 aprel 2013 09:51 (UTC +04:00)

Bakı – APA. “Səhhətimdə yaranmış problemlə əlaqədar bir müddət idi vətəndə deyildim. Moskvaya əməliyyat olunmağa yollanmışdım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın tanınmış hakimlərindən olan Rüstəm Rəhimov deyib.

 

Prostat vəzində yaranan problemə görə Rusiya paytaxtında cərrahiyyə əməliyyatı olunan 66 yaşlı mütəxəssis hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Artıq yaş öz sözünü deyir. Gərək sağlamlığına xüsusi diqqət yetirəsən. Bu, elə problem idi ki, gərək vaxtında qarşısını alasan. Bu səbəbdən cərrahiyyə zəruri idi”.

 

Artıq işə çıxan Rəhimov AFFA-da təşkilatı işlərlə məşğuldur.

 

Belə ki, Futbol Veteranları İttifaqının vitse-prezidenti olan Rəhimov mayın 1-də əcnəbi veteranlarla yoldaşlıq görüşü ilə bağlı lazımı işləri görür. Onun sözlərinə görə, əcnəbi veteran futbolçular Bakıya gəlmək üçün hansısa şərt irəli sürmürlər: “Təbii ki, onların səfər xərcləri çəkilir, biletləri alınır, oteldə yerləşdirilir, xatirə hədiyyələri verilir. Ancaq bizimlə söhbətdə “konkret bu məbləği verin, gəlim” deyən olmayıb. Gürcüstandan Aleksandr Çivadze ilə Murtaz Xurtsilavadan başqa, tanınmış rusiyalı futbolçu Vagiz Xidyatullinin razılığını almışıq. Söz verib ki, Bakıya gələcək. Məşhur qapıçı Rinat Dasayevin də iştirak etməyinə çalışırıq. Həmyerlimiz, “Neftçi”nin sabiq futbolçusu Vitali Şevçenko də gəlmək istəyir”.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR