Bank Of Baku

“Xəzər Lənkəran” - “Rapid” görüşü baş tutmadı

“Xəzər Lənkəran” - “Rapid” görüşü baş tutmadı
# 18 yanvar 2013 13:48 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Xəzər Lənkəran” klubunun ilk yoxlama görüşündəki rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, sabah Moldovanın “Rapid” klubu ilə görüşməli olan cənubluların bu oyunu baş tutmayacaq.

 

“Xəzər Lənkəran”ın ilk yoxlama matçını keçirəcəyi sınaqçı-rəqibi müəyyənləşib. Belə ki, Lənkəranlılar Moldova təmsilçisinin əvəzinə Qazaxıstan “Jetısu”su ilə görüşəcək. Bu komanda ötən mövsüm ölkəsinin Superliqasında 14 komanda arasında 12-ci olub. Matçın Bakı vaxtı ilə saat 19:00-da başlaması planlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR