Bakı – APA. “Xəzər Lənkəran” Almaniya toplanışı zamanı 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, artıq həmin qarşılaşmaların vaxtı müəyyənləşib.
İyunun 19-da Münhenə gedəcək “ağ-yaşıllar” 29-da hələlik adı açıqlanmayan komanda ilə qarşılaşacaq. Baş məşqçi Con Toşak ertəsi gün komandasını daha bir görüşə çıxaracaq.
Qeyd edək ki, Almaniya toplanışının müddəti iyunun 24-də atılacaq püşkatmadan asılıdır. Əgər ilk oyun səfərdə olarsa, bu zaman cənub təmsilçisi Almaniyada bir müddət də qalıb, rəqibinin təmsil etdiyi ölkəyə birbaşa yollanmalı olacaq.