Bakı – APA. Çempionluğa iddialı “Xəzər Lənkəran”ın hazırlıq planlarına tam ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, cənublular qış fasiləsindəki təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Antalyada təxminən 20 günlük toplanış keçirəcək Lənkəran təmsilçisi bu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, cənub təmsilçisinin Antalyada yanvarın 14-dən fevralın 5-dək hazırlıq keçməsi planlaşdırılıb.