Bank Of Baku

“Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 finalına yüksəlib

“Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 finalına yüksəlib
# 17 noyabr 2014 10:45 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, buna səbəb “Araz Naxçıvan”ın fəaliyyətini dayandırmasının rəsmiləşməsidi.

 

Ölkə kubokunun 1/8 finalında dağılmış klubla qarşılaşmalı olan cənublular birbaşa 1/4 finala yüksəliblər. Bundan əvvəlki mərhələdən də azad olan “Xəzər Lənkəran” kubokda mövsümə elə 8 ən güclü arasında başlayacaq.

 

Bu isə klubun ənənəsinin davamıdı. Belə ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi çıxış etdiyi 10 yarışın hamısında 1/4 finalçılar arasında olub. Həmişəki kimi yenə bunu bacaran “Xəzər Lənkəran” 1/8 finalın “Şahdağ” – “İnter” matçının qalibini gözləyir.

 

Qeyd edək ki, bunadək 10 dəfə 1/4, 8 dəfə 1/2, 5 dəfə finalda oynayan komanda 3 dəfə kuboka sahib olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR