Bakı – APA. “Xəzər Lənkəran” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, lənkəranlılar “Beşiktaş”ın sabiq futbolçusu Gökhan Güləçin keçidini rəsmiləşdirib. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Gökhan cari mövsümü Türkiyənin aşağı divizion təmsilçisi “Şanlıurfaspor”da keçirərək, 14 oyunda meydana çıxıb.
Peşəkar futbol kariyerasına 2003-cü ildə “İnegölspor”da başlayan hücumçu daha sonra “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu 4 qol vurub. Bundan başqa, futbolçu “Beşiktaş”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb.
“Xəzər Lənkəran” ilk transferini rəsmiləşdirib
26 dekabr 2012 12:50 (UTC +04:00)
Futbol
Fil Foden İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib
02:54
19 may 2024
"Bayer" Almaniya çempionatını rekorda imza ataraq başa vurub
20:53
18 may 2024
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024