Bank Of Baku

“Xəzər Lənkəran” klubunun məşqçilər korpusuna təyinatlar açıqlanıb

“Xəzər Lənkəran” klubunun məşqçilər korpusuna təyinatlar açıqlanıb
# 24 dekabr 2014 11:47 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran”da Oğuz Çətinin gedişindən sonra məşqçilər korpusuna yeni təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, artıq yeni baş məşqçi Elbrus Məmmədovun köməkçiləri bəllidir.

 

E.Məmmədova əsas komandada qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Əvəzedici komanda isə Hafiz Əliyevə tapşırılıb.

 

Qeyd edək ki, Oğuz Çətinlə yanaşı, onun köməkçiləri Mustafa Eskisoy və Murat Göksu da “Xəzər Lənkəran”dan ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR