Bakı – APA. “Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, öncə AZAL-ın hücumçusu Franko Nildonu rənglərinə bağlayan cənub təmsilçisi bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Uzun müddətdir ölkəmizdə çıxış edən və səviyyəli legionerlərdən sayılan Zohair Benouahi ilə 2 illik müqavilə bağlanılıb.
26 yaşı olan mərakeşli futbolçu ampulaca yarımmüdafiəçidir və bundan öncə Bakının AZAL klubunun şərəfini qoruyub.