Bakı – APA. “Xəzər Lənkəran”ın keçmiş çalışdırıcısı Karles Bakes fəaliyyətini Qazaxıstanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ispaniyalı məşqçi Qazaxıstanın 17 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunub.
Bakes 2012-ci ilin noyabrında “Xəzər Lənkəran”a böyük ümidlərlə gətirilsə də, etimadı doğrultmamışdı. Bu səbəbdən də cəmi 3 aydan sonra, yəni 2013-cü ilin fevralında istefaya göndərilmişdi.