Bakı-APA. Madridin "Real" klubunun prezidenti Florentino Peres Kriştianu Ronaldunu heç bir pula satmaq istəmədiyini bəyan edib. Bu barədə APA RBK-ya istinadən məlumat verir.
«Ronaldu ilə müqavilənin müddətini artırmaq üçün bütün qüvvəmdən istifadə edəcəyəm. Onun indiki müqaviləsi iki illikdir. O dünyanın ən yaxşı futbolçusudur. Biz onunla bir yerdə irəli getmək istəyirik. Mən Kriştianunu hətta milyard avroya da satmaram», deyə Peres bildirib.
Xatırladaq ki, Ronaldu ilə "Mançester Yunayted" və "Pari Sen-Jermen" maraqlanırlar.