Bank Of Baku

"Borussiya" UEFA Çempionlar Liqasının finalına yüksəlib

"Borussiya" UEFA Çempionlar Liqasının finalına yüksəlib
# 30 aprel 2013 23:15 (UTC +04:00)

Bakı-APA. UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Madriddə aydınlıq gəlib.

 

“Santyaqo Bernabeu” stadionunda “Real” Dortmund “Borussiya”si ilə qarşılaşıb. Almaniyada keçirilən ilk matçda rəqibinə 1:4 hesabı ilə uduzan “Kral klubu” bir neçə qol imkanları yaratsalar da, ələ düşən fürsətdən yararlana bilməyiblər və tərəflər fasiləyə bərabərliklə yollanıblar.

 

Qeyd edək ki, “Real” istəyinə son dəqiqələrdə çatıb. Əvvəlcə 83-cü dəqiqədə Kərim Benzema hesabı açaraq, yerli azarkeşləri sevindirib. Qoldan 5 dəqiqə sonra Serxio Ramos fərqi 2 topa çatdırıb. Matçın qalan vaxtında isə fərqlənə bilməyən “Real”ın finala çıxma ümidləri puç olub.

 

Beləliklə, “Uembli”də baş tutacaq finalda oynayacaq ilk komanda “Borussiya” olub.

 

30 aprel

 

“Real” (İspaniya) – “Borussiya” (Dortmund) - 2:0

 

QOLLAR: Kərim Benzema, 83, Serxio Ramos, 88

 

İlk oyun – 1:4

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR