“DəmirBank” Bayıl filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib - FOTO

“DəmirBank” Bayıl filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib - <span style="color: red;">FOTO
# 03 dekabr 2014 14:10 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün “DəmirBank” Bayıl filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, İ. Məmmədov küçəsi 2A ünvanında (Bayraq meydanının yaxınlığında) yerləşən Bayıl filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Qeyd edək ki, “DəmirBank” son 1 ildə 15-dən artıq filialında təmir işləri apararaq və ya yeni ofislərə köçürərək, daha modern dizaynda müştərilərinin istifadəsinə verib.

Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

25 illik tarixi ilə ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR