Bakı – APA. Türkiyə Superkuboku uğrunda keçiriləcək oyun Bakıda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası bununla bağlı AFFA-ya rəsmi məktub ünvanlayıb.
Sənəddə “Qalatasaray” və “Fənərbaxça” komandaları arasında bu il avqustun 11-də baş tutacaq qarşılaşmanın ölkəmizdə keçirilməsi üçün müraciət əks olunub. AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş edilib.