Bank Of Baku

AFFA-nın baş katibi “Sportinq” klubunun rəsmiləri ilə görüşüb

AFFA-nın baş katibi “Sportinq” klubunun rəsmiləri ilə görüşüb
# 20 iyun 2013 13:37 (UTC +04:00)

Bakı-APA. Bu gün “Sheraton Baku Airport Hotel”də AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın “Sportinq” klubunun rəsmilərini qəbul edib. Apasport.az saytının məlumatına görə, Məmmədov Lissabon təmsilçisinin baş direktoru Valdemar Barreto və klubun inkişaf direktoru Virxiliu Lopeşlə görüş keçirib. Görüşün məqsədi “Sportinq” ilə əməkdaşlığın müzakirəsi, təcrübə mübadiləsi və gələcəkdə Bakıda bu klubun uşaq futbol məktəbinin açılması olub.

 

Portuqaliyalı klub rəsmiləri bu gün Bakı şəhərində AFFA tərəfindən həyata keçirilmiş infrastruktur layihələri ilə də tanış olub.

Qeyd edək ki, bu, Məmmədovun “Sportinq” rəhbərliyi ilə ikinci görüşüdür.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR