Bank Of Baku

AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkə Kubokunun final matçında baş verənlərə münasibət bildirib

AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkə Kubokunun final matçında baş verənlərə münasibət bildirib
# 29 may 2013 01:39 (UTC +04:00)

APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

 

O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. Abdullayev “Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.

 

O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.

 

Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti olan Abdullayev 2017-ci ilədək UEFA bayrağı altında keçirilən yarışlardan Çempionlar Liqası və Avropa Liqasına yox, yığma komandalar səviyyəsində turnirlərə sponsorluq edəcəklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR