Bank Of Baku

AFFA 3 klubu cəzalandırıb

AFFA 3 klubu cəzalandırıb
# 19 fevral 2013 10:01 (UTC +04:00)

 

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XX turunun oyunlarından ikisi ilə bağlı qərar çıxarılıb. Qurum 3 klubun hərəsini 1000 manat cəriməyə məruz qoyub.

 

“Sumqayıt”la oyunun 32-ci dəqiqəsində azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün “Qarabağ” 1000 manat ziyana düşüb. “İnter” – “Qəbələ” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından, bu komandalar da 1000 cərimə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR