Bank Of Baku

AFFA 3 komandanı avrokuboklara buraxmayacaq

AFFA 3 komandanı avrokuboklara buraxmayacaq
# 08 may 2014 10:25 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb.

 

Belə ki, “Sumqayıt”dan başqa bütün klublar - AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci", “Rəvan”, “Simurq”un avrokuboklarda oynamaq istəyini nümayiş etdirib. Komissiya “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib.

 

Nəticədə AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. "Bakı", “Rəvan” və “Simurq” isə göstərdiyi nəticələrdən asılı olmayaraq qitə miqyaslı turnirlərdə oynaya bilməyəcək.

 

İclasda 2014/15-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən L divizion təmsilçilərinin sənədləri müzakirə olunub. Bu istəkdə olan 8 klub - "Ağsu", “Araz-Naxçıvan”, “Kəpəz”, "Qaradağ Lökbatan", “Neftçala”, “Sumqayıt”, “Şuşa”, “Turan-T” sənədlərinə ilkin baxışa əsasən qərarlar çıxarılıb.

 

Bu komandalara 2014/15-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar növbəti iclasadək təxirə salınıb. Buna əlavə sənədlərin araşdırılması tələb olunması səbəb olub. Klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna mayın 14-dək təqdim etməlidir. Müraciətləri araşdıran komissiya ertəsi gün – ayın 15-də yekun qərarını verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR