Bank Of Baku

AFFA “Bakı” klubunun hesabından 6 xal silib

AFFA “Bakı” klubunun hesabından 6 xal silib
# 13 yanvar 2016 14:37 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda FİFA-nın assosiasiyaya göndərdiyi məktuba baxılıb.

 

Bu sənəddə beynəlxalq futbol təşkilatının Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyi bildirilib.

 

Belə ki, “Bakı” hollandiyalı futbolçusu Adnan Bərəkətlə arasında bağlanmış müqavilə şərtlərinə riayət etməməyi səbəbindən kluba cəza verilib. FİFA AFFA-nın İntizam Komitəsinə paytaxt təmsilçisinin hesabından 6 xal silinməsini tapşırıb.

 

Bunları nəzərə alan komitə Azərbaycan çempionatının I divizionunda çıxış edən "Bakı"nın cari mövsümdəki hesabından 6 xal silib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR