Bank Of Baku

AFFA “Kəpəz” klubunun cərimələyib

AFFA “Kəpəz” klubunun cərimələyib
# 22 dekabr 2015 09:54 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVIII turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

 

“Sumqayıt”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Rəvan” min manat cərimə olunub. Matçın 73-cü dəqiqəsində “Sumqayıt”ın meydandan qovulan futbolçusu Emin Mehtiyev 1 oyunluq cəzalanıb, klubu 2 yüz manat cərimələnib.

 

“Kəpəz”lə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Neftçi” min manat ziyana düşüb. Qarşılaşmanın 50-ci dəqiqəsində “Neftçi”ni azlıqda qoyan Ferraro Silva Aylton 1 oyunluq cəza və 200 manat cəriməyə məruz qalıb. 3 dəqiqə sonra “Kəpəz”in meydandan qovulan futbolçusu Tural Nərimanovun cəzası daha ağır olub: 2 oyunluq cəza və 2 min manat cərimə.

 

Oyun başa çatdıqdan sonra “Kəpəz”in bir qrup azarkeşləri tərəfindən “Neftçi” fanatlarına daş atılıb. Gəncə klubu  ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5 min manat cərimə ödəməli olacaq.

 

“İnter”lə görüşün 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə cənublular min manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR