Bank Of Baku

AFFA futbolçuların məvacibinə limit qoyur

AFFA futbolçuların məvacibinə limit qoyur
# 20 fevral 2015 10:18 (UTC +04:00)

Bakı – APA. Yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması AFFA-nın İcraiyyə Komitəsində (İK) müzakirə olunacaq. Apasport.az saytının məlumatına görə, assosiasiyanın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında bu məsələni qabardaraq, baxılması üçün İK-ya müraciət edib.

 

Buna əsasən də komitənin martın 6-da keçiriləcək iclasında məvaciblərinə limit məsələsinə baxılacaq. AFFA artıq beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR