Bank Of Baku

AFFA gürcüstanlı məşqçini cəzalandırıb

AFFA gürcüstanlı məşqçini cəzalandırıb
# 29 aprel 2014 10:05 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXXII turunda baş verənlər müzakirə olunub.

 

“Xəzər Lənkəran”la səfərdəki kubok oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimə olunub.

 

Çempionatın “Qəbələ” – “Simurq” matçında isə qonaqların baş məşqçisi Georgi Çixradze cəzalanıb. Texniki zona qaydalarını pozan mütəxəssis 1 oyunluq kənarlaşdırılıb və klubunu 1000 manat ziyana salıb.

 

Turun “Qarabağ”la “Neftçi” arasında mərkəzi görüşündə hər iki klub cərimələnib. Buna azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi səbəb olub. Klublar fanatlarının bu hərəkətinə görə hərəyə 1000 manat ödəyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR